"Arsenal"dan ayrılan futbolçu Fransa klubuna keçdi

"Arsenal"dan ayrılan futbolçu Fransa klubuna keçdi İngiltərə "Arsenal"ı ilə vidalaşan fransalı futbolçu Matteo Genduzi ölkəsinin "Marsel" komandasına keçib.
Futbol
6 İyul , 2021 15:07
Arsenaldan ayrılan futbolçu Fransa klubuna keçdi

İngiltərə "Arsenal"ı ilə vidalaşan fransalı futbolçu Matteo Genduzi ölkəsinin "Marsel" komandasına keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb. Liqa 1 təmsilçisi bunun üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

"Marsel" mövsümün sonunda 10 milyon avro qarşılığında oyunçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Matteo Genduzi 2018-ci ildən "Arsenal"da çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi