Arif Əsədov: "Rəhbərlikdən dəstək görürəm"

Arif Əsədov: "Rəhbərlikdən dəstək görürəm" "İnter" - "Neftçi" qarşılaşması 4:0 hesabı ilə başa çatıb
Futbol
9 May , 2015 00:41
Arif Əsədov: Rəhbərlikdən dəstək görürəm

Bakı. 9 may. REPOR.AZ/ "Heyətlə bağlı problemlər var. Gənclərə şans verməyə məcbur olduq". "Report"un məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının XXXIII turunda "İnter"lə keçirilmiş oyundan sonra baş tutan mətbuat konfransında yerli mütəxəssis komandada çempionata motivasiyanın azaldığını bildirib: "Düşünürəm ki, əsas məqsəd zədəlilərin heyətə qayıtmasıdır ki, kuboka tam heyətlə hazırlaşaq. Gənc futbolçularla uduzduq. "İnter"lə oyunda nəticə olmasa da, bu gənc oyunçular Azərbaycan futbolu üçün yetişdirilir".

Azarkeşlərin baş məşqçini istefaya çağırmasına A.Əsədov belə cavab verib: "Azarkeşlərin istefa şüarını normal qarşılayıram. Çünki onlar qələbə istəyir. Bu gün istefa qışqıranlar zaman keçdikcə alqışlaya bilərlər. 6 il bundan əvvəl belə halla rastlaşmışam. "Neftçi"də ya çempion olmalısan, ya da kubok qazanmalısan. İnanıram ki, kubokda qələbə qazanacağıq. İstefaya gəlincə, hazırda mən rəhbərlikdən dəstək görürəm. Heç bir futbolçunu göndərmək fikrimiz yoxdu. Əksinə daha güclü komanda qurmağı planlaşdırırıq".

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması 4:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi