Argentinalı futbolçunun ölümünə səbəbkar olan biznesmen cəzalandı

Argentinalı futbolçunun ölümünə səbəbkar olan biznesmen cəzalandı Britaniya məhkəməsi biznesmen Devid Hendersonu 18 aylıq həbsxana cəzasına məhkum edib.
Futbol
12 Noyabr , 2021 18:38
Argentinalı futbolçunun ölümünə səbəbkar olan biznesmen cəzalandı

Britaniya məhkəməsi biznesmen Devid Hendersonu 18 aylıq həbsxana cəzasına məhkum edib.

"Report"un məlumatına görə, iş adamı argentinalı futbolçu Emiliano Salanın ölümündə günahlandırılıb.

O, pilot və oyunçunun təyyarə qəzasına düşərək həlak olmalarına gətirib çıxaran səhlənkarlıqda və uçuşlara təhlükə yaratmaqda ittiham edilir. Daha əvvəl Henderson reysin həyata keçirilməsinə icazə olmadan uçuşu təşkil etdiyini boynuna alıb.

Qeyd edək ki, təyyarə qəzası 21 yanvar 2019-cu ildə La Manş üzərində baş verib. Həmin vaxt yüngül və təkmühərrikli "Piper Malibu" təyyarəsində pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Ölümündən əvvəl Sala Uels "Kardiff"i ilə müqavilə bağlayıb. Bu transfer qarşılığında Fransa "Nant"ı ilə 17 milyon avroluq anlaşma əldə olunub. Hadisə vaxtı hücumçunun 28 yaşı olub.

Son xəbərlər

Orphus sistemi