Argentinalı futbolçunun öldüyü təyyarə qəzasının günahkarı bəlli olub

Argentinalı futbolçunun öldüyü təyyarə qəzasının günahkarı bəlli olub Məhkəmə argentinalı futbolçu Emiliano Salanın öldüyü təyyarə qəzası ilə bağlı qərarını açıqlayıb.
Futbol
28 Oktyabr , 2021 18:44
Argentinalı futbolçunun öldüyü təyyarə qəzasının günahkarı bəlli olub

Məhkəmə argentinalı futbolçu Emiliano Salanın öldüyü təyyarə qəzası ilə bağlı qərarını açıqlayıb.

"Report" xəbər verir ki, hadisənin uçuşun təşkilində vasitəçi olan David Hendersonun səhlənkarlığı ucbatından baş verdiyi təsdiqini tapıb.

Hendersonun uçuş üçün təyin etdiyi pilot David İbbotsonun lisenziyası və şəhadətnaməsinin olmadığı üzə çıxıb.

Bundan əlavə, 75 yaşlı təşkilatçının qəzadan dərhal sonra mobil telefonu ilə bəzi şəxslərə göndərdiyi mesajlarda onları hadisə ilə danışmamağa məcbur etməsi məhkəmədə sübut kimi göstərilib. Həmçinin Hendersonun sertifikatları olmayan digər pilotlarla işlədiyi və qadağan olunmuş uçuşlar təşkil etdiyi də bildirilib.

Hendersonun cəzası noyabrın 12-də keçiriləcək məhkəmədə bəlli olacaq.

Qeyd edək ki, Emiliano Sala Uelsin “Kardiff Siti” klubuna qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Hücumçu Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi