Arda Turan "Qalatasaray"a qayıtdı

Arda Turan "Qalatasaray"a qayıtdı Türkiyənin "Qalatasaray" komandası sabiq futbolçusu Arda Turanı geri qaytarıb.
Futbol
857
5 Avqust , 2020 17:52
Arda Turan Qalatasaraya qayıtdı
Arda Turan

Türkiyənin "Qalatasaray" komandası sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

"Report"un məlumatına görə, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.

Orphus sistemi