​Arda Turan: "Ölkəmdə hər gün ocaqlar sönür"

​Arda Turan: "Ölkəmdə hər gün ocaqlar sönür" Futbolçu sosial şəbəkədə terror aktları barədə yazıb
Futbol
8 Sentyabr , 2015 15:58
​Arda Turan: Ölkəmdə hər gün ocaqlar sönür

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə yığmasının və İspaniya "Barselona"sının futbolçusu Arda Turan ölkəsində son günlər terror aktları nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı mesajı yayımlanıb. "Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Dağlıca və İğdırda şəhid olanlara Allahdan rəhmət diləyib.

A.Turan "Twitter" hesabında yazıb: "Bu ölkənin torpaqları dünyanın ən gözəl torpaqlarıdır. Türkiyə müharibə yox, rahat yaşamaq üçündür. Başa düşürsünüz niyə heç nə paylaşmıram? "İspanca, ingiliscə yaz" deyirlər. Necə yazım, necə izah edim? Deyimmi ki, ölkəmdə hər gün ocaqlar sönür, analar ağlayır?"

Qeyd edək ki, son günlər PKK terrorçularının hücumları nəticəsində türkiyəli hərbçi və polis əməkdaşları şəhid olub.

Son xəbərlər

Orphus sistemi