Region Liqasının finalçısına texniki məğlubiyyət verilib

Region Liqasının finalçısına texniki məğlubiyyət verilib 15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” və “Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxa
Futbol
18 May , 2022 16:52
Region Liqasının finalçısına texniki məğlubiyyət verilib

Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qarşılaşma "Araz Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi