"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar" "Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik".
Futbol
27 Sentyabr , 2024 22:05
Araz-Naxçıvanın baş məşqçisi: Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar

"Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik".

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının VIII turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Tovuz səfərindən sonra məşq keçmək üçün elə çox vaxtımız olmadı. Həmin səfərdə oyunumuz ağır oldu. Futbolçular bərpa prosesini də istənilən kimi keçmədilər. Ümidverici məqam odur ki, komanda müsbət siqnallar verir. Məşq prosesində etdiklərimizi meydanda göstərə bilirlər. Qələbə qazandıq, amma daha yaxşı olmaq üçün çox çalışmalıyıq. Naxçıvanda oynamaqla bağlı tez-tez suallar verilir. Mənim səlahiyyətimdə olan məsələ deyil. Buradan muxtar respublika rəhbərliyinə səslənirəm ki, komandanın Naxçıvana qayıtması üçün bizə kömək etsin. Əlbəttə, futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik. Həftəlik proqramımızı elə qurmuşuq ki, komanda hər dəfə qarşıdakı oyunu düşünsün. Seleksiya aparan zaman da tanıdığım futbolçuları dəvət etmişəm. Ümumilikdə tam istədiyim komanda deyil. Daha rəngarəng oynaya bilərik".

Qeyd edək ki, ölkə çempionatının VIII turunda "Araz-Naxçıvan" "Səbail"ə 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi