Onların yarıdan çoxu legionerdir: Fernando Da Silva Amadeu, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo De Araujo, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Covani Buranello Laersio, Alexandre Manoel Da Silva, Sezar Auqusto May Xaviyer, Eduardo Mello Borges, Leanardo Oliveyra Da Silva, Elnur Zamanov.
Qeyd edək ki, "Araz" ilk görüşünü noyabrın 18-də saat 18:30-da "Slov-Matik" (Slovakiya) komandasına qarşı keçirəcək. Ertəsi gün eyni saatda rəqib “Dina” (Rusiya) olacaq. Noyabrın 21-də isə Azərbaycan təmsilçisi “Chrudim” (Çexiya) ilə üz-üzə gələcək. Oyunlar Çexiyanın Pardubitse şəhərindəki "CEZ Arena"da keçiriləcək.