Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər
Futbol
- 13 dekabr, 2022
- 05:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər.
"Report" "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa 46 yaşlı mütəxəssisi bu posta gətirmək niyyətindədir.
Yığmanın hazırkı baş məşqçisi Çeslav Mixneviçin müqaviləsi ilin sonunda başa çatacaq. Kuleşa AVRO-2024-ün seçmə mərhələsi martda start götürəcəyi üçün tez qərar vermək istəmir.
Qeyd edək ki, Polşa seçməsi Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Fransaya 1:3 hesabı ilə uduzub. Şevçenko 2016 - 2021-ci illərdə Ukrayna millisinin, 2021/2022 mövsümündə isə İtaliyanın "Cenoa" komandasının baş məşqçisi olub.
Son xəbərlər
19:55
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Fərdi
19:52
Foto
Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Daxili siyasət
19:39
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb
Digər ölkələr
19:25
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
Futbol
19:07
Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 12 oyunluq cəzalandırıla bilər
Futbol
19:06
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Xarici siyasət
19:01
Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Region
18:52
G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy
Xarici siyasət
18:39
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
İnfrastruktur