Andrey Arşavin: "Neftçi" Rusiya Premyer Liqasında 6 - 16-cı yerlərə ümid edə bilər"

Andrey Arşavin: "Neftçi" Rusiya Premyer Liqasında 6 - 16-cı yerlərə ümid edə bilər" Nəticə qanunauyğundur. Neftçi bu matçı daha yaxşı keçirdi, Arsenalın isə oyunu alınmadı.
Futbol
26 İyul , 2019 09:30
Andrey Arşavin: Neftçi Rusiya Premyer Liqasında 6 - 16-cı yerlərə ümid edə bilər

"Nəticə qanunauyğundur. "Neftçi" bu matçı daha yaxşı keçirdi, "Arsenal"ın isə oyunu alınmadı".

"Report"un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin iki klub arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib. Ötənlərin məşhur hücumçusu bildirib ki, "Neftçi" Rusiya Premyer Liqasında 6 - 16-cı yerlərdən birinə ümid edə bilər. O, "Arsenal"ın ən yüksək həddini isə bir müddət sonra biləcəklərini vurğulayıb: "Bunun üçün əvvəlcə "Neftçi"ni keçmək lazımdır. Azərbaycan təmsilçisi daha yaxşı hücum edirdi. Harada vurmaq lazım idisə, vurur, harada ötürmə lazım idisə, ötürürdülər. Kanqva oynasaydı, daha yaxşı olardı. Özüm də Azərbaycan yığmasına qarşı çıxış etdiyim vaxtdan onların sərt çıxışlarını xatırlayıram".

Qeyd edək ki, "Neftçi" və "Arsenal" arasında cavab oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi