Amerika Kuboku: Uruqvay yarımfinala yüksələ bilməyib

Amerika Kuboku: Uruqvay yarımfinala yüksələ bilməyib Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Futbol
118
30 İyun , 2019 09:30
Amerika Kuboku: Uruqvay yarımfinala yüksələ bilməyib

Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, son 1/4 final oyununda Peru Uruqvayı penaltilər seriyasında üstələyib - 5:4.

Əsas vaxt ərzində uruqvaylı futbolçular 3 qol vursalar da, heç biri ofsayd səbəbindən qeydə alınmayıb. Bunların son ikisində baş haim Vilton Sampayo VAR-dan yararlanıb.

Penaltilər seriyasında Uruqvay yığmasından Luis Suaresin zərbəsi dəqiq olmayıb. Peru millisinin bütün futbolçuları isə dəqiq olub.

Yarımfinalda Peru Çiliyə, Argentina isə Braziliyaya rəqib olub. Oyunlar 3-4 iyulda Bakı vaxtı ilə gecə saat 5:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi