Almaniyalı mütəxəssis: "Qarabağ Azərbaycanın tarixi ərazisidir"

Almaniyalı mütəxəssis: "Qarabağ Azərbaycanın tarixi ərazisidir" AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippert Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verib.
Futbol
30 Oktyabr , 2020 16:27
Almaniyalı mütəxəssis: Qarabağ Azərbaycanın tarixi ərazisidir
Bernhard Lippert

AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippert Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəstək verib.

"Report"un məlumatına görə, almaniyalı mütəxəssis ermənilərin mülki insanları hədəf seçməsini pisləyib.

Hazırda Qana Futbol Federasiyasında çalışan Lippert düşmənin əməlini terror aktı adlandırıb: "Mənim adım Bernhard Lippertdir. Son bir neçə ildə Azərbaycanda, Bakıda yaşamışam. Möhtəşəm ölkə, mədəniyyət və həddindən artıq qonaqpərvər insanlar... Orada hər zaman isti ürək və hörmətlə qarşılanmışam. Azərbaycan mənim ikinci evimdir.

Hazırda baş verənlərlə bağlı öz dəstəyimi göstərmək istəyirəm. Hamımız bilirik ki, müharibə itki və qurbansız olmur. Amma mülki insanları öldürmək terror aktıdır. Hər kəs bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrində də öz əksini tapıb. Dünya isə hələ də baxır. Demək istəyirəm ki, Qarabağ Azərbaycandır"!

Qeyd edək ki, Bernhard Lippert Azərbaycanda 2008 - 2020-ci illərdə işləyib.

Son xəbərlər

Orphus sistemi