Almaniyalı futbolçu Çempionlar Liqasında yeni uğurlara imza atıb

Almaniyalı futbolçu Çempionlar Liqasında yeni uğurlara imza atıb Şotlandiyanın "Seltin" klubunun futbolçusu Nikolas Kyun UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.
Futbol
19 fevral 2025 06:36
Almaniyalı futbolçu Çempionlar Liqasında yeni uğurlara imza atıb
Nikolas Kyun

Şotlandiyanın "Seltik" klubunun futbolçusu Nikolas Kyun UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.

"Report" xəbər verir ki, 25 yaşlı vinger buna Almaniyada "Bavariya" ilə heç-heçə (1:1) etdikləri pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

O, qitənin bir nömrəli klub turnirində ilk üç qolunu Bundesliqa təmsilçilərinə vuran ilk alman oyunçu kimi tarixə düşüb.

Daha əvvəl bunu avrokuboklarda Lotar Matteus (1980-1981-ci il, UEFA Kuboku) və Volfqanq Funkel (1985-1986-cı il, Kuboklar Kuboku) bacarıb.

Bundan əlavə, Nikolas Kyun 2014-cü ildə "Arsenal"da çıxış etmiş Lukas Podolskidən sonra ÇL-in pley-offunda "Bavariya"nın qapısına yol tapan ilk almandır.

Qeyd edək ki, səfərdə 2:1 hesablı qələbə qazanan Münhen klubu 1/8 finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi