Almaniyalı baş məşqçi Rusiya klubu ilə yollarını ayırıb

Almaniyalı baş məşqçi Rusiya klubu ilə yollarını ayırıb Daniel Farke Rusiyanın "Krasnodar" komandasında baş məşqçi vəzifəsindən ayrılıb.
Futbol
2 Mart , 2022 17:21
Almaniyalı baş məşqçi Rusiya klubu ilə yollarını ayırıb
Daniel Farke

Daniel Farke Rusiyanın "Krasnodar" komandasında baş məşqçi vəzifəsindən ayrılıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı almaniyalı mütəxəssin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub onunla birlikdə köməkçiləri ilə də vidalaşıb.

Qeyd edək ki, Daniel Farke yanvarın 13-də baş məşqçi təyin olunmuşdu. Daha əvvəl "Lokomotiv"in almaniyalı baş məşqçisi Markus Gisdol istefa verib.

Son xəbərlər

Orphus sistemi