Bakı. 8 iyun. REPORT.AZ/ Almaniya yığmasının futbolçusu Antonio Rüdiger Fransada keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. "Report"un Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliya "Roma"sında çıxış edən 23 yaşlı müdafiəçi yığmanın məşqi zamanı zədələnib.
Müayinədən sonra Rüdigerə çarpaz bağlarının qopması diaqnozu qoyulub. Baş məşqçi Yoahim Löv onun əvəzinə "Bayer"dən Conatan Tanı milliyə çağırıb.
Qeyd edək ki, Almaniya Avropa çempionatının C qrupunda Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları ilə mübarizə aparacaq.