Almaniya milli komandasının yeni kapitanı müəyyənləşib

Almaniya milli komandasının yeni kapitanı müəyyənləşib Futbol üzrə Almaniya milli komandasının yeni kapitanı müəyyənləşib.
Futbol
2 Sentyabr , 2024 18:06
Almaniya milli komandasının yeni kapitanı müəyyənləşib

Futbol üzrə Almaniya milli komandasının yeni kapitanı müəyyənləşib.

"Report" xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix yığmanı meydana kapitan kimi çıxaracaq.

O, kapitan sarğısını ötən ay milli komandadan ayrılan İlkay Gündoğandan alıb.

Bundestimin vitse-kapitanları Madrid "Real"ının üzvü Antonio Rüdiger və "Arsenal"ın oyunçusu Kay Haverts olacaq.

Qeyd edək ki, Y. Kimmix 2016-cı ildən Almaniya millisində çıxış edir.

Son xəbərlər

Orphus sistemi