Almaniya klubu "Qarabağ"dan ayrılan futbolçunu istəmir

Almaniya klubu "Qarabağ"dan ayrılan futbolçunu istəmir Almaniyanın "Ştutqart" klubucari mövsümün sonunda "Qarabağ"la vidalaşanAilton Silva ilə yollarını ayırmaq istəyir.
Futbol
381
13 İyul , 2020 09:56
Almaniya klubu Qarabağdan ayrılan futbolçunu istəmir
Ailton Silva

Almaniyanın "Ştutqart" klubu cari mövsümün sonunda "Qarabağ"la vidalaşan Ailton Silva ilə yollarını ayırmaq istəyir. 

"Report" "echo24" nəşrinə istinadən xəbər verir ki, Bundesliqaya yüksələn komanda 25 yaşlı cinah müdafiəçisinə ehtiyac görmür. 

2017-ci ildən "Ştutqart"a məxsus olan və əsas komandada möhkəmlənə bilməyən braziliyalı oyunçu bu vaxta qədər 3 dəfə icarəyə verilib. Nəşr iddia edir ki, icarədən qayıdan digər futbolçular Ailton Silvaya nisbətən daha şanslıdır və klub onlara etimad göstərəcək. 

"Ştutqart"ın həmin mövqeyə yeni futbolçu transfer edəcəyi də istisna edilmir. 

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.