Almaniya klubu Danimarka millisinin üzvünü heyətinə qatıb

Futbol
  • 07 iyun, 2018
  • 16:17
Almaniya klubu Danimarka millisinin üzvünü heyətinə qatıb

Bakı. 7 iyun. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) komandası "Verder Bremen" klubunun futbolçusu Tomas Dileyni heyətinə qatıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb. 

Danimarka millisində də çıxış edən oyunçu 2022-ci ilə qədər Almaniya klubunun şərəfini qoruyacaq.  

Qeyd edək ki, Tomas Dileyni 2016-cı ildən "Verder"də çıxış edib. O, Danimarka yığmasının heyətində Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti