Alleqri: "VAR hakimə Ronaldu ilə bağlı epizodda kömək etmiş olardı"

Alleqri: "VAR hakimə Ronaldu ilə bağlı epizodda kömək etmiş olardı" Bakı. 20 sentyabr. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ilk mərhələsini birinci turunda Valensiya üzərində qələbəni (2:0) şərh edib.
Futbol
20 Sentyabr , 2018 05:49
Alleqri: VAR hakimə Ronaldu ilə bağlı epizodda kömək etmiş olardı

Bakı. 20 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ilk mərhələsini birinci turunda "Valensiya" üzərində qələbəni (2:0) şərh edib.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, baş məşqçi Ronaldunun meydandan çıxarılmasından sonra da, xeyli qol şanslarının olduğu bildirib.

"Komanda yaxşı çalışdı, bizim Ronadunun gedişindən sonra da qol vurmaq üçün yaxşı şanslarımız oldu. Biz təşəbbüsü layiqli şəkildə öz üzərimizə götürdük. Qırmızı vərəqə sadəcə gərginliyi artırdı. "Valensiya" aqressiv oyun sərgiləyirdi, lakin "Yuventus"un müdafiəçiləri ispanların hücum axınının qarşısını çox yaxşı alırdı.

Ronaldunun qovulması? Onu deyə bilərəm ki, VAR sistemi hakimə həmin epizodda kömək etmiş olardı. Çempionlar Liqasının birinci turunda komandanı azlıqda qoymaq – bu hərəkətlər məndə təəccüb doğurur. Biz bu səbəbdən bu gün uduza bilərdik", - deyə Alleqri bildirib.

Son xəbərlər

Orphus sistemi