Aleksis Sançes İngiltərədə ən ödənişli futbolçu ola bilər

Aleksis Sançes İngiltərədə ən ödənişli futbolçu ola bilər “Arsenal” çilili hücumçuya həftəlik 300 min funt-sterlinq maaş təklif edib
Futbol
14 Aprel , 2017 19:47
Aleksis Sançes İngiltərədə ən ödənişli futbolçu ola bilər

Bakı. 14 aprel. REPORT.AZ/ London “Arsenal”ının hücumçusu Aleksis Sançes İngiltərədə ən ödənişli futbolçu ola bilər. 

“Report”un “Evening Standard”a istinadən verdiyi məlumata görə, bunun üçün 29 yaşlı çilili paytaxt təmsilçisinin yeni müqavilə təklifini qəbul etməlidir.

Təqdim olunan sazişə əsasən A.Sançes həftəyə 300 min funt-sterlinq maaş alacaq. Bu baş verərsə, cənubi smerikalı hücumçu hazırda həftəsinə 290 min funt-sterlinq qazanan “Mançester Yunayted”in futbolçusu Pol Poqbanlı geridə qoyacaq.

Qeyd edək ki, Aleksis Sançesin “Arsenal” ilə qüvvədə olan müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatır. O hazırda həftəlik 130 min funt-sterlinq məvacib alır. Komanda yoldaşlarından yalnız Mesut Özil çililidən çox qazanır. Almaniya millisinin üzvünün əmək haqqısı həftəlik 140 min funt-sterlinq təşkil edir.

Son xəbərlər

Orphus sistemi