Aleksey Baqa: "Axır ki, qələbə qazandıq"

Aleksey Baqa: "Axır ki, qələbə qazandıq" "Komandamı qələbə münasibətilə təbrik edirəm. Axır ki, müsbət nəticə qazandıq. Həqiqətən yaxşı oynadıq. Səylərimizin nəticəsində qalib gələ bildik".
Futbol
9 May , 2022 19:27
Aleksey Baqa: Axır ki, qələbə qazandıq

"Nəhayət, komandamı qələbə münasibətilə təbrik edə bilərəm. Axır ki, müsbət nəticə qazandıq. Həqiqətən yaxşı oynadıq. Səylərimizin nəticəsində qalib gələ bildik".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

Belaruslu mütəxəssis bildirib ki, komandası meydana hər hansı xüsusi planla çıxmamışdı: "Bu gün azarkeşlərin fantastik dəstəyi var idi. Bu, səbr, dözümün nəticəsində mümkün oldu. İlk 30 dəqiqədə oynamaq çətin idi. Bundan sonra komandanın özünə inamı artdı və 3 xal qazandıq".

Baqanın sözlərinə görə, Anatoli Nuriyevin də digər oyunçular kimi qələbədə rolu oldu: "O, uzun müddət idi məşq etmirdi. Nuriyev özünü həm hücumda, həm də müdafiədə göstərdi. Hələ öz bacarığından aşağı səviyyədə çıxış etsə də, potensialı çox böyükdür. İnanıram ki, gələcəkdə özünü göstərəcək".

41 yaşlı baş məşqçi müdafiə xətti ilə yanaşı, qapıçının da çıxışını qeyd edib: "Cəmaləddin Xocaniyazovun cəzası, zədələr dəyişikliklərə gətirib çıxardı. İlk dəfə Höcət Haqverdi - Hüseynov tandemi çıxış etdi. Qol buraxmağa imkan vermədilər".

Baqa son oyunlarda cərimə meydançasına ötürmələrlə bağlı problemləri olduğunu söyləyib: "Xüsusən də hücum xəttində ucaboy futbolçu oynayırsa, topları dəqiq göndərmək lazımdır. İstər hava, istərsə də yerlə ötürmə rəqib qapısı qarşısında problem yaradır. Bu gün məqsəd topu dəqiq göndərmək idi ki, bunu da bacardıq".

Mütəxəssis "Turan Tovuz" və "Kəpəz"ə Premyer Liqada iştirak üçün lisezniya verilməsinə də toxunub: "Elitaya yeni komandaların gəlişi müsbət məqamdır. Xüsusən ona görə ki, yeni klublar bölgələri təmsil edirlər və orada futbolu çox sevirlər. Eşitdiyimə görə, zəngin tarix və nəticələrə malikdirlər. Müxtəlif komandalarla oynamaq müsbət emosiyalar bəxş edir. Maddi imkan olacaqsa, komanda sayının daha da artımı çox yaxşı olar. Mən bunu yalnız müsbət dəyərləndirə bilərəm".

Son xəbərlər

Orphus sistemi