Aleksander Çeferin: "Məsuliyyətli qərar qəbul etdik"

Aleksander Çeferin: "Məsuliyyətli qərar qəbul etdik" Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir.
Futbol
27 Aprel , 2020 20:42
Aleksander Çeferin: Məsuliyyətli qərar qəbul etdik

"Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir".

"Report"un məlumatına görə, bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında milli assosiasiyalara maliyyə yardımı barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, hər federasiyaya 4,3 milyon avro vəsait köçürüləcək: "Bu məbləğ futbol ictimaiyyətinin bərpası üçün istifadə oluna bilər. Hesab edirəm ki, kömək etmək üçün bacardığımız qədər məsuliyyətli qərar qəbul etdik".

A.Çeferin böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyduğunu söyləyib: "Şübhəsiz, adət etdiyimiz həyat tərzinə qayıtdıqdan sonra futbol yenə diqqət mərkəzində olacaq. Bu an yetişdikdə, futbol cavab verməyə hazır olmalıdır".

Qeyd edək ki, UEFA quruma üzv olan 55 milli assosiasiyaya ümumilikdə 236,5 milyon avro maliyyə yardımı ayırıb.

Son xəbərlər

Orphus sistemi