Albaniyalı futbolçu: "Neftçi"nin uğurlarında pay sahibi olmaq istəyirəm"

Albaniyalı futbolçu: "Neftçi"nin uğurlarında pay sahibi olmaq istəyirəm" "Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam"
Futbol
16 Oktyabr , 2020 09:58
Albaniyalı futbolçu: Neftçinin uğurlarında pay sahibi olmaq istəyirəm
Bruno Teluşi

"Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi "YouToube" kanalına açıqlamasında deyib.

"Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə olduğunu bildirib: "Albaniyanın "Neftçi"dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam".

29 yaşlı oyunçu flaqmana əlindən gələnin ən yaxşısını etmək üçün keçdiyini deyib: "Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, "Neftçi" mümkün qədər çox qələbə və çempionluq qazansın".

Qeyd edək ki, Bruno Teluşi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi