Ailton Silva: “Azərbaycana qayıda bilərəm”
Futbol
- 28 fevral, 2023
- 10:22
“Azərbaycana qayıdaraq, karyeramı yenidən orada davam etdirə bilərəm”.
Bunu “Report”a açıqlamasında “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Ailton Silva deyib.
Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra azad agent status daşıyan 28 yaşlı braziliyalı müdafiəçi hazırda bir neçə klubla danışıq apardığını, onlar arasında Azərbaycan təmsilçisi olduğunu etiraf edib: “Birgə işlədiyim menecerlik şirkəti bütün variantları nəzərdən keçirir. Onlardan öyrəndiyim qədərilə şifahi danışıq aparılan komandalar arasında Azərbaycan təmsilçisi də var. Klubsuz çox qalmaq istəmirəm. Yəqin ki, tezliklə yeni komandam bəlli olar”.
Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.
Son xəbərlər
18:42
Ağdam sakinləri uzun illərdən sonra baharı ilk dəfə öz evlərində qarşılayıblar
Daxili siyasət18:40
Cozef Kent ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda istefa verib
Digər ölkələr18:40
Foto
Qazaxıstan və Aİ enerji tərəfdaşlığını gücləndirir
Energetika18:28
Kaxa Abuladze: Azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm
Xarici siyasət18:20
"Milan" Rafael Leaunu satmağa hazırdır
Futbol18:03
Pinyo: Aİ Ukrayna üçün kreditin tezliklə blokdan çıxarılacağını gözləyir
Digər ölkələr18:02
Foto
UEFA-nın "HatTrick" proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib
Futbol17:56
Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
Energetika17:53