Aftandil Hacıyev: "Heç-heçə ədalətli nəticədir"

Aftandil Hacıyev: "Heç-heçə ədalətli nəticədir" "Həqiqətən də bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlkar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcək bölgə klubları artar".
Futbol
3 May , 2022 18:32
Aftandil Hacıyev: Heç-heçə ədalətli nəticədir

"Həqiqətən də bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar".

"Report"un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Şamaxıda eyniadlı komanda ilə qolsuz bərabərə qaldıqları Premyer Liqanın XXV tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis bildirib ki, hesab açılmasa da, azarkeşlər maraqlı oyunun şahidi olublar: "Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik".

Onun sözlərinə görə, ilk hissədə yaxşı qol epizodları yaxalayıblar: "Sadəcə, oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticədir".

Hacıyev ilk hissədə zədələnərək əvəzlənən Rəşad Əzizlinin durumuna da toxunub: "Ayağında ağrılar var idi. Məcburi əvəzetmə etdik. Bakıya qayıtdıqdan sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verə biləcəyik".

Son xəbərlər

Orphus sistemi