Aftandil Hacıyev: "Hakim səhvlərinə görə mərhələ keçə bilmirik"

Aftandil Hacıyev: "Hakim səhvlərinə görə mərhələ keçə bilmirik" "Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz"
Futbol
6 Fevral , 2021 20:49
Aftandil Hacıyev: Hakim səhvlərinə görə mərhələ keçə bilmirik
Aftandil Hacıyev

"Rəqibi mərhələni keçməsi münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu adətdir, yoxsa nədir. Ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 finalında evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hakim səhvinə görə rəqibin qələbəsinə kölgə salmaq istəmir: "Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk matçdakl qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik".

Hacıyev sıx qrafikə görə bəzi dəyişikliklərin zəruri olduğunu bildirib: "Amil Yunanov da, Ruslan Hacıyev da bizim əsas oyunçularımızdır. Bəlkə də hesabı nəzərə alsaq, Yunanovu oyuna daha erkən buraxmaq olardı. Ancaq müdafiəçilərimiz də xeyli yorulmuşdu. İki hücumçuya keçdikdən sonra isə, əlavə vaxtı da nəzərə almaqla, 10 dəqiqəmiz var idi. Təəssüf ki, qolumuzu gec vurduq".

Son xəbərlər

Orphus sistemi