Afrikalı futbolçu "Səbail"dən ayrılır

Afrikalı futbolçu "Səbail"dən ayrılır Ötən mövsümün sonunda "Səbail" futbol klubu ilə müqaviləsi başa çatan Hendrik Ekşteyn qərarını verib.
Futbol
24 İyun , 2021 19:24
Afrikalı futbolçu Səbaildən ayrılır
Hendrik Ekşteyn

Ötən mövsümün sonunda "Səbail" futbol klubu ilə müqaviləsi başa çatan Hendrik Ekşteyn qərarını verib.

"Report" "soccerladuma" nəşrinə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasından olan futbolçu Bakı klubuna qayıtmayacaq.

Hazırda azad agent statusu daşıyan 30 yaşlı yarımmüdafiəçi karyerasını yenidən ölkəsində davam etdirmək istəyir.

Qeyd edək ki, Azərbaycanda "Sabah"ın da formasını geyinmiş Hendrik Ekşteyn ötən ilin yanvarından "Səbail"də çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi