Bakı. 15 yanvar. REPORT.AZ/ Əlcəzair yığması Qabonda keçirilən Afrika Millətlər Kubokunun qrup mərhələsinin birinci turunda Zimbabve komandası ilə 2:2 hesablı heç-heçə edib.
"Report" xəbər verir ki, Əlcəzairin heyətində İngiltərə "Lester"inin yarımmüdafiəçisi Riyad Marez (12 və 82-ci dəqiqələr) dubl edib.
Zimbabvedə Kudakvaşe Maxaçi (17) və Nyaşa Muşekvi (29, penaltidən) fərqlənib.
Bu gün axşam "B" qrupunda Seneqal və Tunis yığmaları üz-üzə gələcək.
Yanvarın 19-da Əlcəzair Tunislə, Seneqal isə Zimbabve ilə qarşılaşacaq.
Turnir fevralın 5-də başa çatacaq.