AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb

AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb Bakı. 27 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Zirə klubunun məşqçisi Seymur Rəhimovu bir oyunluq cəzalandırıb.
Futbol
27 Noyabr , 2018 13:20
AFFA Zirənin məşqçisini bir oyunluq cəzalandırıb

Bakı. 27 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" klubunun məşqçisi Seymur Rəhimovu bir oyunluq cəzalandırıb. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna Rəhimovun Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la matç zamanı texniki zona qaydalarını pozması səbəb olub. O, baş hakim Səbuhi Bayramova sərt şəkildə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Qəsəbə təmsilçisi buna görə 800 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  Samir Abasovun baş məşqçi olduğu komanda növbəti turda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 2-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi