AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb
Futbol
- 27 noyabr, 2018
- 09:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" klubunun məşqçisi Seymur Rəhimovu bir oyunluq cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna Rəhimovun Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la matç zamanı texniki zona qaydalarını pozması səbəb olub. O, baş hakim Səbuhi Bayramova sərt şəkildə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Qəsəbə təmsilçisi buna görə 800 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasovun baş məşqçi olduğu komanda növbəti turda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 2-də keçiriləcək.
Son xəbərlər
13:56
AZSTAND SMIIC-in Baş Assambleyasının iclasında iştirak edib
Biznes
13:54
Video
44 günlük Vətən müharibəsinin həkimi: "Gücsüzəm, yorulmuşam, işləyə bilmirəm" deməyə haqqımız yoxdur - Müsahibə
Daxili siyasət
13:49
Azərbaycan iqtisadiyyatında 2027–2030-cu illərdə orta illik 3,3 % artım planlaşdırılır
Maliyyə
13:49
Lukas Berqvall "Tottenhem"dən ayrılmayacaq
Futbol
13:45
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri 2029-cu ilədək əməkdaşlıq planı imzalayacaq
Xarici siyasət
13:43
Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır
Maliyyə
13:37
Elvin Camalov: "Büdcənin neft gəlirlərindən asılılığı tədricən azaldılır"
Maliyyə
13:33
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
Region
13:31
Kənan Əliyev: "Azərbaycanda sağlamlıq turizminin unikal potensialı var"
Turizm