Emil Balayev "Zirə"ni ziyana saldı

Emil Balayev "Zirə"ni ziyana saldı AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbol
236
11 Mart , 2020 12:43
Emil Balayev Zirəni ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail” – “Zirə” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. Bundan başqa, "qartallar"ın yeni transferi Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” 800 manat cərimə ödəyəcək.

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” klubu 800 manat cərimələnib.

“Neftçi” – “Sabah” oyununda qonaqların, “Keşlə” – “Qarabağ” matçında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi