AFFA Tovuzdakı stadion və Futbol Akademiyası üçün yeni tender elan etdi

AFFA Tovuzdakı stadion və Futbol Akademiyası üçün yeni tender elan etdi AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası və Tovuz şəhər stadionu üçün müvafiq avadanlıqların alınması üzrə tender elan edib.
Futbol
7 Sentyabr , 2020 12:36
AFFA Tovuzdakı stadion və Futbol Akademiyası üçün yeni tender elan etdi

AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası və Tovuz şəhər stadionu üçün müvafiq avadanlıqların alınması üzrə tender elan edib.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq. Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu sentyabrın 15-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

İşin təhvil verilməsi üçün son tarix kimi 5 oktyabr müəyyənləşdirilib. Ödənişin yarısı öncədən, yarısı mallar təhvil verildikdən sonra ediləcək. 

Son xəbərlər

Orphus sistemi