AFFA tenderlər elan edəcək

Futbol
  • 04 fevral, 2019
  • 16:42
AFFA tenderlər elan edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) affa.az saytı vasitəsilə tenderlərin tətbiqinə başlayır.

"Report" xəbər verir ki, AFFA-nın müxtəlif layihələri üzrə zəruri texnika, avadanlıq, mal-material alınması üçün ictimaiyyətə açıq tenderlər elan olunacaq. Yeni sistemin tətbiqi ilə bağlı ətraflı məlumat ilk tenderin elanı zamanı təşkilatın saytında yerləşdiriləcək.

Tenderlər bir müddət öncə AFFA-nın daxilində həyata keçirilməyə başlanmış IRP (Təşkilatın İdarəetmə Sistemi) sisteminin davamı olaraq tətbiq olunacaq.