AFFA rəsmisi GUAM-a üzv ölkələrin regional seminarında iştirak edib

AFFA rəsmisi GUAM-a üzv ölkələrin regional seminarında iştirak edib Bakı. 15 fevral. REPORT.AZ/ GUAM-a üzv dövlətlər üçün İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə regional seminar təşkil olunub.
Futbol
42690
15 Fevral , 2019 19:57
AFFA rəsmisi GUAM-a üzv ölkələrin regional seminarında iştirak edib

Bakı. 15 fevral. REPORT.AZ/ GUAM-a üzv dövlətlər üçün "İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə" regional seminar təşkil olunub.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, GUAM Katibliyində təşkil olunmuş tədbir Avropa Şurasının "Cinayətdən uzaq idman+" (KeepCrimeOutofSport +) layihəsi çərçivəsində Ukrayna Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq və Katibliyin texniki dəstəyi ilə keçirilib. Seminara nazirlik və idarələrin, idman federasiyalarının, Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın Milli Olimpiya komitələrinin nümayəndələrindən ibarət 40 iştirakçı qatılıb.

Regional sammitin məqsədi Avropa Şurasının idman yarışlarının manipulyasına qarşı Konvensiyasının, həmçinin həmin Konvensiyanın ratifikiasiyası və implementasiyası üzrə digər müvafiq üsulların tətbiqi ilə ölkələrə yarışların nəticələrinin manipulyasına qarşı mübarizə məqsədi daşıyan milli platformaların yaradılması üçün praktiki və texniki yardımın göstərilməsidir.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli seminarda iştirak edib.

Son xəbərlər

Orphus sistemi