AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Futbol
9 Mart , 2022 09:44
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
Zaur Hacı-Məhərrəmov

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Avstriyanın LASK və Çexiyanın "Slaviya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada gerçəkləşəcək. Komnndalar arasında ilk matç martın 10-da Çexiyada oynanılacaq.

Son xəbərlər

Orphus sistemi