AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib

AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib Mətbuat konfransı keçiriləcək
Futbol
2203
2 Oktyabr , 2017 16:50
AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi