AFFA rəhbərliyi FIFA-nın 68-ci konqresində iştirak edəcək

AFFA rəhbərliyi FIFA-nın 68-ci konqresində iştirak edəcək Bakı. 12 iyun. REPORT.AZ/ AFFA rəhbərliyi Rusiyanın paytaxtı Moskvada işə başlayan FIFA-nın 68-ci konqresinə qatılacaq.
Futbol
12 İyun , 2018 23:28
AFFA rəhbərliyi FIFA-nın 68-ci konqresində iştirak edəcək

Bakı. 12 iyun. REPORT.AZ/ AFFA rəhbərliyi Rusiyanın paytaxtı Moskvada işə başlayan FIFA-nın 68-ci konqresinə qatılacaq.

"Report"un assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.

Konqresdə 2026-cı il dünya çempionatının təşkilatçısı açıqlanacaq. İddiaçılar Mərakeş və Kanada - Meksika - ABŞ triosudur. DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq. Konqres iştirakçıları Rusiyada keçiriləcək dünya çempionatına hazırlıqla bağlı son nüansları da müzakirə edəcəklər. Eyni zamanda, yaxın illərdə keçiriləcək yarışların təşkilat komitələrinin hesabatları dinləniləcək. Konqres qarşısında FİFA-nın müxtəlif komitələrinin rəsmiləri çıxış edəcəklər. Habelə, 2019 - 2022-ci illər üçün FİFA-nın büdcəsi müzakirə olunacaq.

Növbəti Konqresin 5 iyun 2019-cu ildə Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi