AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək Rövnəq Abdullayev matçı izləmək üçün Belfasta gedib
Futbol
11 Noyabr , 2016 21:20
AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.

"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də "Wındsor Park" stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.

R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.

Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.

Son xəbərlər

Orphus sistemi