AFFA Premyer Liqanın 4 klubunu cərimələdi

AFFA Premyer Liqanın 4 klubunu cərimələdi Bu AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbol
457
20 Oktyabr , 2020 13:22
AFFA Premyer Liqanın 4 klubunu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Keşlə” oyununda (1:1) “meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda (1:0) "ağ-qaralar"ın yarımmüdafiəçisi Mamadu Kane eyni səbəbdən 1 oyunluq diskvalifikasiya olunub. Klubu isə buna görə 200 manat cərimələnib.

“Sumqayıt” – “Zirə” matçında (2:1) "gənclik şəhəri" təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə ödəyəcək.

Həmin qarşılaşmada qonaqların yarımmüdafiəçisi Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat məbləğində cərimə olunub.

Azərbaycan I Divizionunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verən İK MOİK komandasının baş məşqçisi Ramil Əliyevi 5 oyunluq diskvalifikasiya edib. Gənc mütəxəssis II turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən, klub 400 manat cərimələnib.

Qeyd edək ki, baş hakim Rövşən Rəcəbovun idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi