AFFA Premyer Liqa klublarına yenidən ödəniş etdi

AFFA Premyer Liqa klublarına yenidən ödəniş etdi 8 klubun hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib
Futbol
15 Aprel , 2021 11:54
AFFA Premyer Liqa klublarına yenidən ödəniş etdi

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədi ilə növbəti dəfə 15 000 manat maliyyə vəsaiti köçürülüb.

"Report"un məlumatına görə, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

8 klubun hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.

Son xəbərlər

Orphus sistemi