AFFA-nın növbədənkənar Konfransı işə başlayıb

AFFA-nın növbədənkənar Konfransı işə başlayıb Bu gün Bulvar oteldə AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.
Futbol
8 Yanvar , 2020 10:04
AFFA-nın növbədənkənar Konfransı işə başlayıb
Report / Elchin Murad

Bu gün "Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb. 

"Report"un məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılıb, eləcə də digər məsələləri müzakirə edilib.

Konfransda 35 nümayəndədən 33-ü iştirak edir. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.

Təklif olunan əsas müddəalar:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər 

Son xəbərlər

Orphus sistemi