AFFA-nın icraçı vitse-prezidenti Argentina səfiri ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Argentina səfiri ilə görüşdü Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.
Futbol
854
18 Sentyabr , 2020 15:10
AFFA-nın icraçı vitse-prezidenti Argentina səfiri ilə görüşdü

AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.

"Report" Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb, Argentina Futbol Assosiasiyası və AFFA-nın əməkdaşlığı barədə layihənin təqdimatı ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi