AFFA-nın dəstəyi ilə Milli Paralimpiya Komitəsində yeni idman növü yaradılır

AFFA-nın dəstəyi ilə Milli Paralimpiya Komitəsində yeni idman növü yaradılır Uşaq Serebral iflici diaqnozlu uşaqlardan və böyüklərdən ibarət S-7 kateqoriyası üzrə futbol komandaları formalaşdırılacaq
Futbol
20 Dekabr , 2017 16:40
AFFA-nın dəstəyi ilə Milli Paralimpiya Komitəsində yeni idman növü yaradılır
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Milli Paralimpiya Komitəsində (MPK) yeni idman növü yaradılır.

Qurumdan “Report”a verilən məlumata görə, 2018-ci ildə MPK-nın nəzdində AFFA-nın dəstəyi ilə Uşaq Serebral iflici diaqnozlu uşaqlardan və böyüklərdən ibarət S-7 kateqoriyası üzrə futbol komandaları formalaşdırılacaq.

Bu barədə MPK-nin I vitse prezidenti, Uşaq Paralimpiya Komitəsi İdarə Heyətinin sədri Natiq Qasımov və AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə arasında baş tutmuş görüşdə razılıq əldə olunub.