AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb Mayın 31-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbol
28 May , 2022 13:03
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Mayın 31-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Report"un məlumatına görə, yığıncaq "Dalğa Arena"nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunacaq yığıncaq saat 17:00-da başlayacaq.

İclasın Gündəliyinə daxil olunan məsələlər aşağıdakılardır:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi

2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi

3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi

4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi

5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi

6. Digər məsələlər

Son xəbərlər

Orphus sistemi