AFFA İntizam Komitəsi masajçını cəzalandırıb

AFFA İntizam Komitəsi masajçını cəzalandırıb Namiq Hüseynov oyun vaxtı texniki zona qaydalarını pozub
Futbol
16 Dekabr , 2014 14:56
AFFA İntizam Komitəsi masajçını cəzalandırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının son turunda baş verənlərə hüquqi qiymət verib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" klubu 1000 manat cərimələnib.

Buna paytaxtın eyniadlı klubunun 4 futbolçusunun "Xəzər Lənkəran"la Premyer Liqanın XVI turu çərçivəsində baş tutan qarşılaşmada sarı vərəqə alması səbəb olub. “Qəbələ”dən isə masajçı cəzalandırılıb. Namiq Hüseynov “Qarabağ” komandası ilə matçın 90+3-cü dəqiqəsində texniki zona qaydalarını pozub. Masajçı 1 oyunluq cəzaya, klubu isə 1000 manat cəriməyə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi