AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Futbol
3 Sentyabr , 2019 14:53
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

“Report” xəbər verir ki, buna səbəb II turda “Neftçi-2” ilə ev matçında əvəzetmə zamanı Sumqayıt təmsilçisinin heyətində adı protokolda olmayan futbolçunun meydana çıxmasıdır.

Texniki məğlubiyyətlə yanaşı, klub 400 manat cərimə olunub.

Qeyd edək ki, görüş “Neftçi-2”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Son xəbərlər

Orphus sistemi