AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - RƏSMİ

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - RƏSMİ Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbol
8 Dekabr , 2018 16:34
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - RƏSMİ
Report/ Firi Salim

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.

3. Lisenziya iddiaçısı olan klublar “Maliyyə məlumatları”nda “Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə “Digər xərclər” kimi göstərilməlidir. “Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır.

4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Hakimlər komitəsinin sədri: Fritz Ştuxlik

Üzvlər: Vüsal Əliyev, Ömər Paşayev, Anar Salmanov, Elçin Məmmədov

Departament rəhbəri: Cavid Cəlilov

Əməkdaşlar: Akif Əmirəli, Ceyhun Haşımov, Əliyar Ağayev, Orxan Məmmədov, Şahin Cəfərov

Fitnes məşqçi: Namiq Quliyev

5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.

Son xəbərlər

Orphus sistemi