AFFA hakimləri təhqir edən 5 futbolçunun cəzasını açıqlayıb
Futbol
- 28 dekabr, 2023
- 09:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA hakimləri təhqir edən 5 futbolçunun cəzasını açıqlayıb.
“Report”un məlumatına görə, bu cəzalar Region Liqası, Gənclər Liqası və U-17 Liqasında keçirilən oyunlardakı neqativ hallara görə verilib.
Region Liqasında “Lənkəran”dan Xalid Qasımzadə “Masallı” ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov “Neftçi” ilə, U-17 Liqasından “Araz Naxçıvan”dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.
Region Liqasında çıxış edən “Lənkəran”ın digər oyunçusu Əli Məcidov isə “Masallı” ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.
Son xəbərlər
06:28
ABŞ-nin nüvə laboratoriyasında yanğın radiasiya sızmasına səbəb olub
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol