Naftalanda ermənilərin top atəşi nəticəsində ölənlərdən biri futbolçudur

Naftalanda ermənilərin top atəşi nəticəsində ölənlərdən biri futbolçudur Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığ
Futbol
28 Sentyabr , 2020 17:07
Naftalanda ermənilərin top atəşi nəticəsində ölənlərdən biri futbolçudur

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri futbolçudur.

"Report"un məlumatına görə, bu, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanovdur.

Qurbanov 2017/2018 mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.

Son xəbərlər

Orphus sistemi